Günay Ağamalı sığınacaqda olan iki kimsəsiz uşağa ödənişsiz təhsil hüququ verdi | DEFAKTO.AZ Günay Ağamalı sığınacaqda olan iki kimsəsiz uşağa ödənişsiz təhsil hüququ verdi – DEFAKTO.AZ

Günay Ağamalı sığınacaqda olan iki kimsəsiz uşağa ödənişsiz təhsil hüququ verdi

246

Bu gün “Buta” körpələr evi – uşaq bağçasının təşlikatçılığı ilə Azərbaycan Uşaqlar Birliyinin nəzdinindəki Uşaq Sığınacağında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş əyləncəli tədbir keçirildi. Artıq 10 ildir ki, “Buta” körpələr evi – uşaq bağçası Azərbaycan Uşaqlar Birliyinin nəzdinindəki Uşaq Sığınacağında müxtəlif layihələr həyata keçirdir.2012 – ci ildə Azərbaycan Uşaqlar Birliyinin nəzdinindəki Uşaq Sığınacağının 2 azyaşlısı “Buta” körpələr evi – uşaq bağçasında məktəbəqədər təhsili bitirənədək bağçada ödənişsiz təhsil alma hüququ verilmişdi. Bu gün Azərbaycan Uşaqlar Birliyinin nəzdinindəki Uşaq Sığınacağının sakinləri Rüqəyya və Uğur balamıza da bu hüququ verdim. Doğma və isti “Buta” körpələr evi – uşaq bağçası körpələrimizin yolunu gözləyir.

Fidanlara sonsuz sevgilərimlə, Günay Ağamalı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir