İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır – FOTO/VİDEO | DEFAKTO.AZ İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır – FOTO/VİDEO – DEFAKTO.AZ

İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır – FOTO/VİDEO

1




İsrail Milli təhlükəsizlik naziri İtamar Ben-Qvir avtomobil qəzasına düşüb.

Ramla şəhərində terror aktının baş verdiyi yerdən qayıtdığı zaman nazirin avtomobili aşıb. Ben-Qvir yüngül-orta ağır vəziyyətdə “Assaf xa-rofe” xəstəxanasına aparılıb.

Hadisə şahidinin sözlərinə görə, nazirin avtomobili işıqforun qırmızı işığında keçərkən yaşıl işıqda keçən avtomobillə toqquşub.

Polis qəza nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Israelinfo.co.il