Dünyada bu qədər insanın internetə çıxışı yoxdur | DEFAKTO.AZ Dünyada bu qədər insanın internetə çıxışı yoxdur – DEFAKTO.AZ

Dünyada bu qədər insanın internetə çıxışı yoxdur

79

Dünyada təxminən 3,7 milyard insanın internetə qoşulmaq imkanı yoxdur ki, bu da bərabərsizliyin yeni formasını yaradır.

“Defakto.az” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır bildirib.

“Təxminən 3,7 milyard insanın rəqəmsal texnologiyalardan kənarda qalması, işləmək, təhsil almaq və internetdə alış-veriş etmək imkanı olmaması fakt olaraq qalır”, – o qeyd edib.

O, rəqəmsal bölünməni aradan qaldırmağa çağırıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir