DÇ-2022-nin bir sıra seçmə oyunları təxirə düşdü | DEFAKTO.AZ DÇ-2022-nin bir sıra seçmə oyunları təxirə düşdü – DEFAKTO.AZ

DÇ-2022-nin bir sıra seçmə oyunları təxirə düşdü

11

2022-ci ildə Qətərdə keçirilməsi planlaşdırılan FIFA Dünya çempionatının Asiya qitəsi üzrə seçmə mərhələsinin bir çox oyunu təxirə salınıb.

“Hürriyyət” nəşrinin məlumatına görə, koronavirus pandemiyası səbəbindən əksər Asiya ölkələri arasında səyahət məhdudiyyətlərinin mövcud olduğunu nəzərə alaraq, FIFA və Asiya Futbol Federasiyası tərəfindən seçmə oyunların böyük bir qisminin mart ayından sonra keçirilməsi qərara alınıb.

Məlumata əsasən, yalnız Nepal-Avstraliya, Səudiyyə Ərəbistanı-Yəmən, Tacikistan-Monqolustan və Monqolustan-Yaponiya matçları əvvəlcədən planlaşdırıldığı kimi qarşıdan gələn ayda təşkil olunacaq.

Digər qarşılaşmaların isə 31 may – 15 iyun aralığında baş tutacağı bildirilir.

Qeyd edək ki, Dünya çempionatının Asiya qitəsi üzrə seçmə mərhələsi oyunlarının təşkili 2019-cu ilin noyabr ayından təxirə salınıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir