Azərbaycanda ağacların kəsilməsinə görə direktor işdən çıxarıldı | DEFAKTO.AZ Azərbaycanda ağacların kəsilməsinə görə direktor işdən çıxarıldı – DEFAKTO.AZ

Azərbaycanda ağacların kəsilməsinə görə direktor işdən çıxarıldı

18

Qusar rayonunun dövlət sərhəd zonasında yerləşən Nəcəfkənd-Qələnxur ərazisində ağacların kəsilməsi faktı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində təqsirkar şəxslər müəyyən edilib. 

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı onların Qusar rayonunun Nəcəfkənd kənd sakinləri Zahir Dügüşov, Nazim Buxsayev, Kamran Canağayev və Həzrə kənd sakini Ruslan Cəfərov  olduğu məlum olub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 2000 manat məbləğində cərimə olunub. 

“Eyni zamanda, ağacların kəsilməsində təqsirkar olan digər şəxslərin müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib”.

Xidmət rəsmisi qeyd edib ki, ərazidə mühafizə işlərini zəif təşkil etdiyinə görə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüqar Sultanov isə tutduğu vəzifədən azad olunub. 

Hazırda araşdırmalar davam etdirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir