Moskvada istilər 122 illik rekordu qırdı

image

İyulun 12-də Moskvada istilər 122 illik rekordu qırıb.

Defakto.az xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfanda istinadla məlumat yayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, 1903-cü ildə havanın temperaturu 34,5 dərəcə olub. Saat 15:00-da isə 34,6 dərəcəyə qalxaraq rekordu üstələyib.

Vilfand əlavə edib ki, bu, həddindən artıq temperaturun xarakterik xüsusiyyətidir.

Bundan əvvəl Hidrometeorologiya Mərkəzinin elmi direktoru bildirmişdi ki, yaxın günlərdə misli görünməmiş istilər mülayimləşəcək. Onun proqnozlarına görə, iyulun 14-ü bazar ertəsinə kimi havanın temperaturu aşağı düşəcək.(publika.az)