Zaqatalada 2 yaşlı uşaq çayda boğulub

image

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

Defakto.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

Belə ki, Yuxarı Tala kənd sakini Səfiyə İsmayılova ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarına gedib. Bu zaman valideynlərinin gözündən yayınan azyaşlı çaya düşüb və onu su aparıb.

Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.