Ağdaşda yeniyetmə su kanalında boğulub

Ağdaş rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğulub.
Defakto.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Belə ki, Ağdaş rayon sakini 2011-ci il təvəllüdlü Bakirli Murad Əli oğlu su kanalında çimərkən batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.