İran ərazisinə edilən hücumlara görə təzminat tələb etdi

İran Birləşmiş Millətlər Təşkilatından (BMT) təzminat tələb edib.
Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, bunun üçün İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərib.
Məktubda İsrail və ABŞ-nin təcavüzkar kimi tanınması və İrana hücumlarına görə dəymiş zərərlərin qarşılanması tələbi irəli sürülüb.
Əraqçi məktubunda İsrailin 13 iyunda İrana qarşı hücumlarının BMT qətnamələrinin açıq şəkildə pozulması olduğunu qeyd edib, mülki yaşayış məntəqələri, infrastruktur və günahsız insanların hədəf alındığını vurğulayıb.
Billurə Yunus