Bu ölkədə turistləri daşıyan avtobus aşdı: ölənlər var

image

ABŞ-Kanada sərhədindəki Niaqara şəlaləsindən Nyu-Yorka qayıdan turist avtobusu qəzaya uğrayıb.

Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, turist avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər həlak olub.

Şahidlər avtomobilin idarəetməni itirərək çevrildiyini bildiriblər.

Polis qurbanların əksəriyyətinin Hindistan, Çin və Filippindən gələn turistlər olduğunu bildirib. Nyu-York qubernatoru Keti Hoçul bildirib ki, səlahiyyətlilər bütün yaralıları xilas etmək və onlara kömək etmək üçün çalışırlar.

Məlumata görə, avtobusda 52 nəfər olub.

Həmidə İbrahimova