Trampın əlində yenidən göyərmə göründü - FOTO

image

ABŞ prezidenti Donald Trampın sağ əlindəki göyərmə yenidən diqqət çəkib. Göyərmənin qalın ton kremi ilə örtüldüyü ehtimal olunur. Hadisə avqustun 23-də, cümə günü qeydə alınıb.

Defakto.az xəbər verir ki, bu barədə "The Daily Beast" (DB) məlumat yayıb.

Fotomüxbirlər Trampı Ağ Evə yaxın yerləşən “Xalq evi” adlı təhsil muzeyində sərgini ziyarət edərkən görüntüləyiblər. Nəşr yazır ki, bu dəfə siyasətçinin əlindəki ton kremi daha da nəzərə çarpırdı, çünki o, yaxşı yayılmamışdı.

Jurnalın iddiasına görə, Tramp məsələ ilə bağlı bir qədər narahatlıq da keçirib. O, Ağ Evdə çıxış edərkən sağ əlini sol əlinin altında gizlətməyə çalışıb.

Qeyd edək ki, iyul ayında ABŞ prezidenti tibbi müayinədən keçmişdi. Həmin vaxt mediada onun əlindəki göyərmələr müzakirə olunmuşdu. Məlumatda bildirilmişdi ki, Trampda xroniki venoz çatışmazlıq aşkarlanıb, lakin o, özünü “əla” hiss edir. Ağ Evdə isə liderin əlindəki göyərmələri ilin əvvəlindən müşahidə edilən daimi əl sıxmalar və ürək-damar xəstəliklərinin profilaktikası üçün qəbul etdiyi aspirinin yan təsirləri ilə izah ediblər.