Azərbaycan bu məhsula 630 milyon dollar xərcləyib

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan 51 min 517,79 ton qara metal və onlardan hazırlanan məhsulları ixrac edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 11,9% çoxdur.
Defakto.az-a bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumat verir.
Dəyər ifadəsində ixracın həcmi 19,1% artaraq 53 milyon 822,32 min ABŞ dolları olub. İxracın ümumi dövriyyədəki payı 0,35%-dir (2024-cü ilin yanvar-iyul aylarında – 0,28%).
Bundan əlavə, Azərbaycan cari ilin 7 ayında 551 min 952,17 ton qara metal və onlardan hazırlanan məhsulları idxal edib ki, bu da 7,1% azalma deməkdir. İdxalın dəyəri isə 627 milyon 795,64 min ABŞ dolları təşkil edib (7,7% azalma).
İdxalın ümumi dövriyyədəki payı 4,61%-dir (2024-cü ilin yanvar-iyul aylarında – 6,3%).