Lerikdə torpaq sürüşməsi baş verib: təhlükəli vəziyyət yarandı

image

Lerikdə torpaq sürüşməsi baş verib.

Defakto.az "Report"a istinadla xəbər verir ki, təbiət hadisəsi rayonun Çayrud kəndində qeydə alınıb.

Belə ki, ərazidə istinad divarlarının inşası zamanı torpaq layı kənd sakini İnşəllah Mirzəyevə məxsus yaşayış evinə doğru sürüşüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əmkdaşları evin hər an uçmaq təhlükəsi olduğunu bildiriblər.

Bu səbəbdən evin ətrafındakı istinad divarının tikintisi də dayandırılıb.