Zirvə görüşü Bakının Xəzər hövzəsində yaratdığı yeni reallıqdır - Şərh

image

Prezident İlham Əliyevin yürütdüyü çevik diplomatiya və çoxvektorlu xarici siyasət Azərbaycanın  yerləşdiyi Cənubi Qafqaz bölgəsinin hüdudlarından daha geniş coğrafiyada,  Xəzər hövəzində, Mərkəzi Asiyada, Avropada və Yaxın Şərqdə  geosiyası və geoiqtisadi mövqeyini möhkəmləndirməkdirməklə özünü “orta güc” mərkəzi kimi təsdiqləməkdədir.

Bunu Defakto.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Süleymanlı  Azərbaycan-Türkmənistan-Özbəkistan liderlərinin Zirvə görüşünün yekunlarını şərh edərkən deyib.

Deputat bildirib ki,  bu gün  Şərqlə Qərb arasında xüsusi açar rolunu oynayan Azərbaycan Avrasiya məkanının yeni orta güc aktoruna çevrilib və siyasətini də bunun şərtlərinə uyğun həyata keçirməkdədir: “Artıq Azərbaycan beynəlxalq aləmdə qətiyyətli mövqeyi ilə tanınan, dostları, tərəfdaşları ilə  Avrasiya coğrafiyasının  yeni enerji, nəqliyyat xəritəsini müəyyən edən, qlobal problemlərin həllinə  və təhlükəsizliyinin təmin olunub, sıx əməkdaşlıq formatlarının yaranmasına  dəyərli töhfələr verən dövlət kimi qəbul edilməkdədir.  Avqustun 22-də Türkəminstanda  Azərbaycan-Türkmənistan-Özbəkistan liderlərinin Zirvə görüşü də   Azərbaycanın yaratdığı yeni reallıqların çağırışlarına uyğun yürüdülən siyasətin məntiqi davamıdır. Zirvə görüşünü  təkcə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi prizmasından yanaşmaq yanlışlıq olar. Yeni reallığın çağırışlarına əsasən Azərbaycan Avrasiya coğrafiyasında  Qərblə Şərq arasında  enerji, nəqliyyat və logistika kimi əsas sahələrdə əməkdaşlıq körpülərinin yaradılmasında  xüsusi rol oynamaqdadır. Mərkəzi Asiya və digər şərq ölkələri ilə əlaqələrin   inkişaf etdirilməsi bunu zəruri edir”.

Deputat əlavə edib ki, yeni reallığın çağırışlarına və hədəflərinə uyğun olaraq  Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması yürüdülən xarici siyasətin  prioritetini təşkil edir: 

“Yürüdülən siyasətin əsasını bunlar təşkil edir;
-Mərkəzi Asiya ölkələrinin əksəriyyəti türkdilli dövlətlərdir və bu gün Azəebaycan yeni dünya düzəninin formalaşamsı istiqamətində gedən proseslərdə  türk dövlətlərinin    daha sıx inteqrasiyasında və  siyasi-iqtisadi güc kimi formalaşaraq  beynəlxalq arenaya çıxmasında aparıcı  rola malikdir. Bu məqədlə Azərbaycan Türkdilli Dövlətlər Təşkilatının (TDT)  ciddi bir təşkilat kimi formalaşaraq daha çox türkdilli ölkələrin bu təşkilatın ətrafında birləşməsinə səy göstərir. 
-  Orta Dəhlizin imkanlarını genişləndirmək yükdaşıma qabiliyyətini artırmaq və nəticə etibarı ilə Şərqlə Qərb arasında daha güclü bağlantı əlaqələri yaratmaq. 
-Enerji, nəqliyyat, logistika və iqtisadiyyatın digər sahələrində əməkdaşlığı şaxələndirməklə Mərkəzi Asiya ölkələrinin  inkişafına töhfə vermək.
-Avrasiya coğrafiyasında  dayanıqlı sülhə, sabitliyə, təhlükəsizliyə və yeni əməkdaşlıq formatlarının yaranmasında  üzərinə düşən rolu layiqincə həyata keçirməkdir. 
Artıq Azərbaycanın yürütdüyü bu siyasət dünya tərəfindən qəbul edilməklə yanaşı,  təqdir edilir.  Dünyanın müxtəlif ölkələri Azərbaycanla sıx əməkdşalıq münasibətləri qurmaqla  bu siyasət öz dəstəklərini vermis olurlar. 

Mərkəzi Asiya ölkələri  belə bir mövqe sərgiləməklə həm Azərbaycanın  “orta güc” ölkə olması ilə hesablaşır, həm də yaratdığı reallıqları qəbul edib ona uyğun fəaliyyətini qururlar. Üçtərəfli formatda keçirilən Zirvə görüşü də bunun bariz nümunəsi idi.
Əminəm ki, cənab Prezident İlham Əliyevin bu siyasəti uğur qazanacaq  və nəticəsədə Azərbaycan inkişaf edib daha güclü dövlətə çevrilməklə bərabər, hər zaman regional və qlobal miqyasda söz sahibi olan ölkə rolunda çıxış edəcək”. 

Mürtəza