Kaliforniya alov içində: insanlar evakuasiya olunur - VİDEO

ABŞ-nin Kaliforniya ştatında güclü yanğınlar baş verib.
Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, bir çox sakin alovdan xilas olmaq üçün evlərini tərk edir.
Məlumata görə, bütün gecə boyu yanğınsöndürənlər aviasiyanın dəstəyi ilə sürətlə yayılan alova qarşı mübarizə aparıblar. Yanğının söndürülməsi hələ də davam edir.
Bir çox bölgələrdə təxliyə əmrləri qüvvədədir, sakinlər və ev heyvanları üçün sığınacaqlar təşkil olunub.
Yanğınların səbəbi hələ ki məlum deyil.
Həmidə İbrahimova