Türkiyədə meşə yanğınlarına görə 17 nəfər saxlanılıb

Türkiyənin son iki gündə baş verən meşə yanğınlarına görə 17 nəfər saxlanılıb.
“Defakto.az” xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.
Nazirin sözlərinə görə, prokurorluq orqanları yanğınların səbəblərinin hərtərəfli araşdırılmasını davam etdirir. O bildirib ki, genişmiqyaslı yanğınların yayıldığı əraziyə düşən Biləcik vilayətinin Gölpazarı rayonundakı həbsxanadan bütün əməkdaşlar və min nəfərdən çox məhkum təxliyə edilib.
Türkiyənin bir sıra vilayətlərində, o cümlədən Ankarada meşə yanğınlarına nəzarət tədbirləri gücləndirilib.