Aİ-nin Rusiyaya qarşı yeni sanksiya paketi yaxın günlərdə razılaşdırılacaq

Rusiyaya qarşı 18-ci sanksiyalar paketi yaxın günlərdə Avropa İttifaqı tərəfindən razılaşdırılacaq.
Defakto.az xəbər verir ki, bunu LCI telekanalının efirində Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.
Onun sözlərinə görə, paketlə bağlı danışıqlar yekunlaşmaq üzrədir.
Barrot qeyd edib ki, “Avropa bu məsələ ilə bağlı səyləri amerikalı senatorlarla əlaqələndirir”.
Bundan əvvəl Avropa Şurasının rəhbəri Antonio Kosta liderlər sammitinin yekunlarına dair mətbuat konfransında bildirib ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiq edə bilməyiblər. Öz növbəsində, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məhdudiyyətlər toplusu üzərində işin "tam sürətlə" getdiyini deyib. Brüsseldəki diplomatik mənbələrdən verilən məlumata görə, Slovakiya sammitdə növbəti sanksiyalar paketinin təsdiqini əngəlləyib; indi bu məsələ Aİ ölkələrinin səfirləri tərəfindən yenidən müzakirə olunacaq.