Bakıda minifutbol üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda minifutbol üzrə dünya çempionatının təntənəli bağlanış mərasimi keçirilib.
Defakto.az "Report"a istinadla xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə milli vətənpərvərlik ruhlu kompozisiyalar nümayiş etdirilib.
Təqdim olunan maraqlı şoular arenaya toplaşan tamaşaçıların zövqünü oxşayıb.
Daha sonra Xalq artisti Faiq Ağayev və gənc müğənni Mərdan Kazımov öz nəğmələri ilə çıxış ediblər.
Qeyd edək ki, mundialın finalında Azərbaycan və Macarıstan yığmaları üz-üzə gələcək.