Azərbaycan millisi Qızıl Avropa Liqasında Sloveniyaya məğlub olub

image

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Defakto.az xəbər verir ki, komanda Sloveniya seçməsi ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada yığmamız 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirib. Milli daha əvvəl Macarıstana eyni hesabla uduzmuşdu.