Hərbi Əks-kəşfiyyat Roman Frolenkonu həbs etdi

image

Venesuelanın Hərbi Əks-kəşfiyyatının Baş İdarəsi Karakasda Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Roman Frolenkonu həbs edib.

Defakto.az” xəbər verir ki, bu barədə “Infobae” nəşri məlumat yayıb.

Qeyd edilir ki, o, San Bernardino rayonundakı evində mayın 15-də saxlanılıb, mənzildə axtarış aparılıb.

Nəşr həbsin Frolenkonun Karakasda yerli “La Piedrita” silahlı qruplaşması tərəfindən təşkil edilmiş Naməlum əsgər abidəsinin açılışında iştirak etməsi ilə əlaqələndirir.

“Frolenko bir neçə il ərzində Venesuelada qaranlıq bizneslə məşğul olub və özəl sahibkarları hədəf alan fırıldaqçılıqlar edib”, - mənbə “Infobae”yə bildirib.