Ağ ev: ABŞ İrana nüvə proqramı ilə bağlı məqbul təklif göndərib

ABŞ administrasiyası İran iqtidarına Tehranın nüvə proqramı ilə bağlı məqbul təklif göndərib.
Defakto.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt bildirib.
“ABŞ Prezidenti Donald Tramp aydın şəkildə bildirib ki, İran heç vaxt nüvə bombasına sahib ola bilməyəcək”, – bəyanatda deyilir.
“ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff İran rejiminə ətraflı və məqbul təklif göndərib və onların marağındadır ki, bunu qəbul etsinlər. Hazırkı sazişə hörmət əlaməti olaraq, administrasiya bu təklifin detallarını kütləvi informasiya vasitələrinə şərh etməyəcək”, – o qeyd edib.