Kreml sözçüsü Almaniyanı hədələdi

“Almaniya kanslerinin Ukraynaya göndəriləcək raketlərin məsafəsinin daha da artırılacağı barədəki bəyanatları həqiqətdirsə, bu addım vəziyyətin eskalasiyası anlamına gəlir”.
Defakto.az xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov VQTRK-nın müxbiri Pavel Zarubinə müsahibəsində çıxış edib.
O həmçinin bildirib ki, Ukrayna ilə sülh prosesi yenicə başlayır və Mertsin açıqlamaları bununla ziddiyyət təşkil edir.
Kreml sözcüsü Ukrayna tərəfinə pilotsuz uçuş aparatları ilə bağlı da xəbərdarlıq edib:
“Putin aydın şəkildə bəyan edib ki, Rusiya ərazisində pilotsuz uçuş aparatları ilə xuliqanlıq etsəniz, cavabınızı alacaqsınız”.