Floridada qayıq partladı: İkisi uşaq olmaqla 11 nəfər ağır yanıq xəsarətləri alıb

ABŞ-nin Florida ştatının Fort Lauderdeyl şəhərində qayıqda baş verən partlayış və yanğından sonra ikisi uşaq olmaqla 10-dan çox adam yaralanıb.
Defakto.az "NBC News"a istinadla xəbər verir ki, ABŞ Sahil Mühafizəsi partlayış baş verən zaman gəmidə 13 nəfərin olduğunu bildirib.
Hadisə yerində yanğın müfəttişi də işləyir.
Məlumata görə, yaralılardan əksərinin bədəninin böyük hissəsi yanıq xəsarəti alıb.
Həmidə İbrahimova