Co Bayden xərçəng diaqnozundan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

image

ABŞ-nin keçmiş prezidenti Co Bayden ona prostat xərçəngi diaqnozu qoyulduqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Defakto.az oxu.az-a istinadla xəbər verir ki, o, nəvəsi Robert Hanterin orta məktəbi bitirməsi münasibətilə keçirilən tədbirdə iştirak edib.

C.Baydenin həyat yoldaşı Cill Bayden "Instagram" səhifəsində tədbirdən birgə fotoşəkil paylaşıb.

18 yaşlı Robert Hanter Solsberi orta məktəbindən məzun olub.