Film festivalı keçirilən Fransada həyat iflic oldu

Cənubi Fransada Kann Kino Festivalının bağlanış mərasiminə saatlar qalmış ciddi elektrik kəsintisi baş verib.
Defakto.az xarici KİV-ə istinadla xəbər verir ki, işıqforlar işləmədiyi üçün yollarda tıxaclar yaranıb, internet bağlantısında da problemlər müşahidə olunub.
Məlumata görə, təşkilatçılar bildirib ki, “Cineum”da planlaşdırılan nümayişlərə müvəqqəti fasilə verilib və elektrik bərpa olunduqdan sonra seanslar davam etdiriləcək.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, kəsintidən sonra bir çox insan küçələrdə gözləməyə başlayıb.
Həmidə İbrahimova