Almaniya Trampın qərarından şoka düşüb

image

Trampın hazırda yüzlərlə almanın təhsil aldığı Harvard Universitetində əcnəbilərin təhsilini qadağan etməsi Berlini şoka salıb.

Defakto.az DW-yə istinadən xəbər verir ki, Almaniya hökuməti ABŞ prezident administrasiyasının hərəkətlərini akademik azadlığın  demokratiyanın məhdudlaşdırılması adlandırıb.

Mayın 22-də ABŞ Daxili Təhlükəsizlik Departamenti Harvard Universitetinin xaricdən yeni tələbələri qəbul etməsinə icazə verilməyəcəyini açıqlayıb.

Qərara əsasən Harvard Universitetində oxuyan və qəbul olan əcnəbi tələbələrin başqa məktəblərə köçürülməsi və ya ABŞ-də yaşamaq hüququnu itirməsi tələb olunacaq. 

Mürtəza
Defakto.az