Ağstafada canavarlar 50 baş qoyunu parçaladı

Ağstafada canavarlar fermerin qoyunlarını parçalayıb.
Defakto.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Tatlı kəndində baş verib.
Heyvandarlıqla məşğul olan Elsevər Məmmədovun fermasına hücum edən yırtıcılar təsərrüfatda olan 80-nə yaxın xırdabuynuzlu heyvanın 50 başını parçalayıb.
Canavarlar 3 baş qoyunu tam yeyiblər, digərlərini öldürüb və yaralayıblar.