Azərbaycanı qlobal və regional münasibətlər sistemində ciddi oyunçuya çevirən səfər - Mövqe

“Mövcud mürəkkəb qlobal geosiyasi proseslər fonunda milli maraqlara əsaslanaraq yürüdülən praqmatik və çoxvektorlu xarici siyasət kursu təkcə Azərbaycanın inkişafına, beynəlxalq arenadakı rolunun artmasına deyil, eyni zamanda yeni regional və qlobal əməkdaşlıq formatlarının qurulması baxımdan mühüm amildir. Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşdırılması istiqamətində gedən mürəkkəb, bir çox hallarda böhran, xaosla müşahidə olunan geosiyasi, geoiqtisadi prosesləri fürsətə çevirə bilmək bacarığı nəticəsində Azərbaycan Avrasiya coğrafiyasında çoxşaxəli əməkdaşlıq qovşağına çevrilib. Bu da Azərbaycanın regional və qlobal münasibətlər sistemindəki rolunu daha da artıraraq ciddi oyunçuya çevirməkdədir”.
Bunu Defakto.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfərinin yekunlarını şərh edərkən deyib.
Deputat bildirib ki, ona görə də cənab Prezident İlham Əliyevin Çinə dövlət səfərini təkcə ikitrəfli münasibətlər baxımdan deyil, multiregional, çoxvektorlu, balanslaşdırılmış xarici siyasi kursunun uğurla inkişaf etdirilməsi kimi xarakterizə edilməlidir: “Bu səfər ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı uğurun təsdiqidir. Bunun üçün səfər zamanı keçirilən çoxsaylı görüşlər və bu görüşlərdə müzakirə edilən məsələlərə, imzalanan Birgə Bəyanata, ikitərəfli sənədlərə diqqət yetirmək kifayətdir.
Səfərin əhəmiyyətini belə xarakterizə etmək olar:
- İkitərəfli münasibətlərin inkişafı baxımdan, xüsusən də yeni çağırışlara uyğun olaraq inkişaf strategiyasında müəyyən edilən hədəflərə nail olmaq;
- Cənubi Qafqaz regionunda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx inteqrasiya olunmuş əməkdaşlıq münasibətlərinin qurulması;
- Qərb-Şimali Afrika-Şərq arasında Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya vasitəsi ilə Uzaq Şərq arasında multiregional əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
- “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin imkanlarının inkişaf etdirilməsi, investisiyaların cəlb edilməsi, “yaşıl dəhlizə” çevrilməsi;
- Zəngəzur dəhlizinin açılması;
- Çoxvektorlu və çoxtərəfli xarici siyasi kursun uğurla davam etdirilməsi;
- Təmsil olunduğumuz Cənubi Qafqazda geosiyasi mübarizələr fonunda ölkəmizə və bütövlükdə bölgədə yarana biləcək təhdidlərin zərərsizləşdirilməsi;
- Bütövlükdə Avrasiya coğrafiyasında təhlükəsizliyin yaranmasına töhfə verilməsi və digər mühüm məsələlər baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin səfəri, istər Çin kimi qlobal gücə malik dövlətlə əlaqələrin inkişafında, istərsə də uğurla həyata keçiriləm çoxvektorlu xarici siyasət baxımdan qlobal və regional münasibətlər sistemində yeni mərhələyə qədəm qoyacaq ki, bu da öz növbəsində qlobal iqtisadiyyatin inkişafına öz müsbət töhfəsini verəcək”.
Mürtəza
Defakto.az