General Moskalik bulvarda öz maşınında öldürülüb - FOTO

Moskva yaxınlığındakı Balaşixada avtomobilin partlaması nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik həlak olub.
Defakto.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Onun sözlərinə görə, ölüm hadisəsi ilə əlaqədar olaraq cinayət işi açılıb.
İlkin məlumata görə, partlayış qəlpələrlə doldurulmuş əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.
Moskalik Ukraynanın “Mirotvorets” ekstremist saytının məlumat bazasına daxil edilib. Səhifədə qeyd olunan general-leytenantın ünvanı onun partlayışda öldüyü yerlə üst-üstə düşür.
General bu gün səhər saatlarında Balaşixa şəhərinin Nesterov bulvarında yerləşən 2 saylı evin yaxınlığında “Volkswagen Golf” markalı avtomobilin partladılması nəticəsində ölüb.
Partlayıcı qurğunun gücü trotil ekvivalentində 300 qramdan çox olduğu bildirilir.
Mürtəza
Defakto.az