"Ermənistana yenidən rəhbərlik etməyə..."

image

Bəlkə də, o vaxt bu məsələ hələ yetişməmişdi, indi yetişib. 

Defakto.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı bəyanatını şərh edərkən deiyb.

Son 7 ildə Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı çoxsaylı addımlar atılsa da, amma heç bir nəticəsi olmayıb, lakin "indi verilən bəyanatın uğurlu olacağına arxayınsınız?" sualına gəldikdə Sarqsyan deyib ki, bütün bu hərəkətlər məsələnin aktuallaşmasına gətirib çıxarıb.

Ermənistan da Paşinyana qarşı yeni hərəkata kimin rəhbərlik edəcəyinə gəlincə, Sarqsyan bildirib ki, hazırda rəhbərliyi kimin üzərinə götürəcəyi məlum deyil.

Onun ölkəyə rəhbərlik etməyə hazır olub-olmaması ilə bağlı suala Sarqsyan mənfi cavab verərək hazır olmadığını deyib.

Mürtəza
Defakto.az