Tramp ermənilərin gözləntilərini puç etdi

ABŞ prezidenti Donald Tramp 1915-ci il hadisələri ilə bağlı açıqlamasında “soyqırımı” ifadəsindən istifadə etməməklə ermənilərin gözləntilərini puç edərək onları növbəti dəfə məyus edib.
Defakto.az xəbər verir ki, Tramp 1915-ci il hadisələri ilə bağlı açıqlamasında “soyqırımı” ifadəsi yerinə ermənicə “böyük fəlakət” mənasını verən “meds yeghern” ifadəsini işlədib.
Tramp daha sonra qeyd edib: “Biz Ermənistanla strateji tərəfdaşlığımızı davam etdirməyi və regional sabitliyi qorumağı səbirsizliklə gözləyirik ”.
Mürtəza
Defakto.az