ChatGPT-nin işində nasazlıq baş verib

image

ABŞ-da istifadəçilər ChatGPT xidmətində nasazlıqla üzləşiblər.

Defakto.az xəbər verir ki, bu barədə "Downdetector" portalı məlumat yayıb.

Son yarım saat ərzində 3300-dən çox istifadəçi servisin fəaliyyətində problem olduğunu qeyd edib.

Nasazlığın səbəbi hələlik məlum deyil. OpenAI şirkəti məsələyə münasibət bildirməyib.