İranın səfiri Livan XİN-ə çağırıldı

Livan Xarici İşlər Nazirliyi İranın Beyrutdakı səfiri Moctaba Amanini Tehranı Livanın daxili işlərinə müdaxilə etməməyə çağırıb.
Defakto.az xəbər verir ki, bu barədə cümə axşamı “Al-Arabiya” telekanalı məlumat yayıb.
Amani ilə söhbət zamanı Livan hökuməti ölkələrin suverenliyinə dair "diplomatik protokola riayət etməyin" vacibliyini vurğulayıb.
Telekanalın məlumatına görə, daha əvvəl İranın Beyrutdakı səfiri "Hizbullah" hərəkatının tərk-silah olunması ilə bağlı fikir bildirib.
"Tərk-silah layihəsi ölkələrə qarşı açıq sui-qəsddir. ABŞ İsraili ən yeni silahlar və raketlərlə təchiz etməyə davam edir. Bununla yanaşı, müxtəlif bəhanələrlə digər ölkələrə təzyiq göstərir, onları arsenallarını azaltmağa və ya məhv etməyə çağırır", - telekanal onun sözlərini sitat gətirir.