Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edilib - SƏBƏB - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs olunub.
Defakto.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Nurəddin Cəlilov metroda qanunsuz hərəkət edib. Bu səbəbdən o, metro polisi tərəfindən saxlanılıb. Onun barəsində protokol qəbul edilərək məhkəməyə göndərilib.
***
Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilov həbs edilib.
Defakto.az Musavat.com-a istinadən xəbər verir ki, Nurəddin Cəlilov 15 sutka inzibati qaydada həbs edilib.
N.Cəlilovun həbsinin təfərrüatı barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.