Dünyanın iki ən bahalı futbolçusundan biri karyerası ilə bağlı qərar verdi

image

Braziliyalı hücumçu Vinisius Junior "Real Madrid"i tərk etməyəcək.

Defakto.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano yazıb.

Onun sözlərinə görə, tərəflər uğurlu danışıqlar aparıb və yeni müqavilə bağlamaq barədə razılığa gəliblər. Yeni müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub və anlaşmanı bir mövsüm uzatmaq mümkün olacaq. Vinisiusun hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Qeyd edək ki, 2018-ci ildə "Flamenqo"dan "Real Madrid"ə 45 milyon avroya transfer olunan Vinisiusun dəyəri hazırda 200 milyon avrodur. O, "Mançester Siti"dən Erlinq Halandla birlikdə dünyanın ən bahalı futbolçusudur.

Vinisius cari mövsümdə oynadığı 46 matçda 20 qol vurub və 14 məhsuldar ötürmə edib.