Deputat: Avadanlıqlar hansısa yollarla gömrükdən keçir, evlərə yol tapır

image

“İstilik təchizatı haqqında” qanun layihəsində texniki standartların yenilənməsi ehtiyacı var, belə ki, köhnəlmiş infrastruktur üçün müasir tələblərin tam müəyyən edilmədiyini görürük.

Defakto.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, binanın izolyasiyası ilə bağlı da qanunda sərt qaydalar, tələblər qoyulmalıdır: “Alternativ və bərpaolunan enerji ilə bağlı kifayət qədər qanun qəbul etmişik, istilik sistemlərində də bunu təşviq etməliyik. Uzun illər tikintidə pərakəndəlik oldu, yeni tikilən binalarda istilik sistemləri quraşdırılmadı, sakinlər orada kirayəçi kimi qalır. Digər problem satışda olan, tələblərə cavab verməyən çox sayda kombi sistemləri ilə bağlıdır. Onlar standartlara cavab vermir, qazda sərfiyyat çox yüksək olur. İstilik avadanlıqlarına nəzarət gücləndirilməlidir. Bu istilik avadanlıqları hansısa yollarla gömrükdən keçir, evlərə yol tapır. Standartlara cavab verməyən istilik avadanlıqlarının gömrükdən keçməsinə icazə verilməməli, nəzarət gücləndirilməlidir”.

Mürtəza
Defakto.az