Dövlət Xidməti Türkiyədəki zəlzələ ilə bağlı məlumat yaydı - FOTO

image

"Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Mərmərə dənizində Türkiyə vaxtı ilə saat 12:49-da zəlzələ qeydə alınıb. Zəlzələ İstanbulda hiss olunub".

Bu barədə Defakto.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

“Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Mərmərə dənizində Türkiyə vaxtı ilə saat 12:49- 13:02-də maqnitudası M=4.3-6.2, h=5-21 km olan 5 zəlzələ qeydə alınıb. Zəlzələ İstanbulda hiss olunub. Hazırda afterşoklar gedir.

Qardaş ölkədə baş verən zəlzələdən sonra afterşoklar davam edir. Zəlzələ ilə bağlı hazırda RSXM-nin Monitoriq Mərkəzi gücləndirilmiş iş rejimində işləyir və zəlzələ bölgəsi monitorinq edilir. Əlavə məlumatlar olarsa bu barədə açıqlama veriləcək” – məlumatda deyilir.

Defakto.az