Əfv Komissiyasının iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Defakto.az xəbər verir ki, komissiyanın üzvü Əliməmməd Nuriyevin APA-ya verdiyi məlumata görə, bu gün komissiyanın bu il üçün 6-cı iclası baş tutub.
İclasda 100-dən çox müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.