41 yaşında yenidən boksa qayıdır

image

Boks üzrə rusiyalı keçmiş dünya çempionu Ruslan Provodnikov yenidən peşəkar karyerasını bərpa etmək qərarına gəlib.

Defakto.az xəbər verir ki, 41 yaşlı idmançı iyunun 7-də Krasnoyarskda rinqə çıxacaq.

"Mən azyaşlı deyiləm. Döyüş baş tutacaq, amma bunu ciddi qəbul etmək lazım deyil. Bu, revanş görüşüdür. Rəqibim yaxşı rəqibdir. Publikanı əyləndirmək üçün boks şousu göstərəcəyik", - Provodnikov bildirib.

Xatırladaq ki, Ruslan Provodnikov qazandığı 25 qələbə (18-i nokautla) və 5 məğlubiyyəti var. İdmançı 2016-cı ildə son peşəkar döyüşündə amerikalı rəqibi Con Molina ilə bacarmayıb.