Bağırov körpüsündə hərəkət dayandı - VİDEO

Ötən gündən başlayan və hələ də davam edən yağışlı hava şəraiti nəqliyyatın hərəkətini iflic edib
Defakto.az xəbər verir ki, paytaxtın Heydər Əliyev prospektində yerləşən Bağırov körpüsünün aşağı hissəsinə və yuxarı hissəsinə yağış suları dolmasına görə, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda ərazidə iş aparır.
Defakto.az