Dollara nisbətdə ən çox artan valyuta açıqlandı

image

2025-ci ilin əvvəlindən Rusiya rublu ABŞ dollarına nisbətdə ən çox möhkəmlənən valyuta olub.

Defakto.az xəbər verir ki, rubl birjadankənar ticarətdə dollara nisbətdə 38 faiz artıb.

Dolların zəifləməsinin səbəbi kimi ABŞ Prezidenti Donald Trampın ticarət müharibələri göstərilir.

Rublu bu göstəricidə qızıl (23 faiz), İsveç kronası (14) və gümüş (12) izləyiblər.