Putinin bu qohumları sanksiyaya məruz qaldı – SİYAHI | DEFAKTO.AZ Putinin bu qohumları sanksiyaya məruz qaldı – SİYAHI – DEFAKTO.AZ

Putinin bu qohumları sanksiyaya məruz qaldı – SİYAHI

78

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Prezident Vladimir Putinin yaxın qohumlarından yan keçməyib.

Defakto.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Belə ki, Putinin yaxın ətrafı Birləşmiş Krallığın sanksiya siyahısına düşüb.

Siyahıda yer alanlar arasında Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya, tələbə yoldaşı Viktor Xmarin, əmisi oğlu İqor Putin, əmisi nəvələri Roman Putin, Mixail Putin və Mixail Şelomov, dostu Nikolay Şamalovun oğlu Yuri, “Panama arxivi” ofşor təşkilatı ilə bağlı dostu Aleksandr Plexov, Mixail Klişin, Vladimir Kolbin, onun oğlu Pyotr Kolbin, Milli Media Qrupu Direktorlar Şurasının sədri Alina Kabayevanın adına rast gəlinib.

Alina Kabayevanın nənəsi Anna Zastepilina, milyarder Gennadi Timçenko da sanksiyaya məruz qalanlar arasındadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir