Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü – FOTO | DEFAKTO.AZ Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü – FOTO – DEFAKTO.AZ

Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü – FOTO

5




“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb.

DEFAKTO.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi hesabı paylaşım edib. 

Proqram çərçivəsində “Barselona” Akademiyasının – “La Masiya”nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 

Çalışdırıcı səfər çərçivəsində “Barselona”nın B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.