Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb | DEFAKTO.AZ Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb – DEFAKTO.AZ

Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb

7




Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

DEFAKTO.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 0,59 ABŞ dolları və ya 0,66% azalaraq 88,9 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.