Tikilməkdə olan Laçın aeroportundan son görüntülər – VİDEO | DEFAKTO.AZ Tikilməkdə olan Laçın aeroportundan son görüntülər – VİDEO – DEFAKTO.AZ

Tikilməkdə olan Laçın aeroportundan son görüntülər – VİDEO

2




Laçın Beynəlxalq Hava Limanının tikintisi davam edir.

DEFAKTO.az-ın məlumatına görə, aeroport ərazisindəki yolların asfaltlanma işlərinə başlanılıb.

Qeyd edək ki, təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanının uçuş zolağının uzunluğu 3 000 metr, eni isə 60 metr olacaq.

Laçın dağlıq bölgə olduğuna görə ərazinin planlaşdırılması işləri davam etdirilir.

Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.

Aqil Vəlili