Fazil Mustafa bələdiyyələrin fəaliyyətini tənqid etdi: “Sənədi etibarsız olan bir qurum nəyə lazımdır?” | DEFAKTO.AZ Fazil Mustafa bələdiyyələrin fəaliyyətini tənqid etdi: “Sənədi etibarsız olan bir qurum nəyə lazımdır?” – DEFAKTO.AZ

Fazil Mustafa bələdiyyələrin fəaliyyətini tənqid etdi: “Sənədi etibarsız olan bir qurum nəyə lazımdır?”

7

Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa bələdiyylərin fəaliyyəti barədə danışıb.

Defakto.az xəbər verir ki, deputat Konstitusiyada dəyişikliyə ehtiyacı olan məsələnin bələdiyyələrlə bağlı olduğunu deyib:

“Referendumla Konstutusiyaya heç bir mənası olmayan maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verilməlidir. Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib. “Bu gün vətəndaş bələdiyyə sənədini göstərəndə onu etibarsız hesab edirlər. Sənədi etibarsız olan bir qurum nəyə lazımdır ki? Vətəndaşa bələdiyyə funksiyası adı altında heç bir xidmət göstərilmir. Bakıda istilik, lift, yol və s məsələlər problemdir. Gələcəkdə mərkəzləşməyə qarşı Milli Məclis qərar qəbul etməlidir. Bu, vətəndaşın xeyrinə deyil”.

Milli Məclisin Birinci vitse spikeri Əli Hüseynli deputata cavab olaraq bildirib ki, konstitusiya belə münasibəti qəbul etmir:

“Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir