Daha bir özəl məktəbin şagirdlərində koronavirus AŞKARLANDI | DEFAKTO.AZ Daha bir özəl məktəbin şagirdlərində koronavirus AŞKARLANDI – DEFAKTO.AZ

Daha bir özəl məktəbin şagirdlərində koronavirus AŞKARLANDI

4

Paytaxtdakı daha bir özəl məktəbdə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb. Bildirilib ki, Bakı Modern Təhsil Kompleksində bir neçə şagird COVID-19 infeksiyasına yoluxub.

Defakto.az-ın məlumatına görə, Təhsil Kompleksi “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin iki şagirdində koronavirusa yoluxma qeydə alınıb:

“Hazırda həmin şagirdlər dərslərə onlayn şəkildə qoşulurlar. Qeyd edək ki, həmin şagirdlər bu xəstəliyə məktəbdə yoluxmayıblar”.

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxtda fəaliyyət göstərən “Baku-Oxford School” özəl məktəbində də şagirdlər arasında koronavirus yayılmışdı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir