Bu şərtlərlə Bakıda da məktəblər beş günlük olacaq | DEFAKTO.AZ Bu şərtlərlə Bakıda da məktəblər beş günlük olacaq – DEFAKTO.AZ

Bu şərtlərlə Bakıda da məktəblər beş günlük olacaq

97

Həm Bakı, həm Sumqayıt, həm də digər rayon mərkəzlərində vaksinasiya faizləri, xüsusən sinif ölçüləri imkan verdiyi halda, ənənəvi tədris həftədə beş dəfə təşkil olunacaq”.

“Defakto.az” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən ona ünvanlanan sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, bu halda şagirdlər arasındakı məsafənin 1-1,5 metr olmasını təmin etmək zəruridir:

“Əvvəllər də olduğu kimi, həftədə beş dəfə tədris mümkündür. Amma müvafiq gigiyena-epidemiologiya qaydalarına riayət edilməlidir.

İnanıram ki, şagirdlərin məktəbə qayıtması onların sosial-emosional inkişafına kömək edəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir