Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür | DEFAKTO.AZ Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür – DEFAKTO.AZ

Azərbaycan Premyer Liqası: XXXII tur bir oyunla start götürür

4




Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.

DEFAKTO.az xəbər verir ki, ilk oyun günü turnir cədvəlində qonşu olan komandalar – “Sabah” və “Səbail” kollektivləri qarşılaşacaqlar.

Krunoslav Renduliçin yetirmələri 46 xalla beşinci sırada qərarlaşıb. “Dənizçilər” isə 42 xalla altıncıdır.

Qeyd edək ki, turun digər matçları aprelin 28-i və 29-u tarixlərində baş tutacaq.