Musa Yaqub vəfat etdi | DEFAKTO.AZ Musa Yaqub vəfat etdi – DEFAKTO.AZ

Musa Yaqub vəfat etdi

14

Azərbaycanın Xalq şairi Musa Yaqub vəfat edib.

Bu barədə şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu məlumat verib. O qeyd edib ki, M. Yaqub bu gecə 84 yaşında dünyasını dəyişib:

“Srağagün özü ilə telefonda danışmışdım, hal-əhval tutdum. Amma dünən eşitdim ki, vəziyyəti dəyişib. İsmayıllı rayonu Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı, vəziyyəti ağır idi. Öz vəsiyyəti bundan ibarət idi ki, Buynuz kəndində həyat yoldaşının yanında dəfn edilsin”. 

Xatırladaq ki, M. Yaqub Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Xalq şairi 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Buynuz kənd 8 illik məktəbinin müdiri, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb, “Zəhmətkeş” qəzetinin redaktoru olub. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri vəzifəsini icra edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir